Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
4 Mart , 2015

04 mart 2015-ci ildə YAP Neftçala rayon təşkilatının Gənclər Birliyinin IV konfransı keçirilmişdir. Konfransda YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev, YAP Gənclər Birliyinin məsul işçisi Ümüd Abuzərli iştirak ediblər. Neftçala şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Konfransda Ülvi Fərzəliyev Gənclər Birliyinin sədri, Əli Məmmədzadə və Gövhər Nağıyeva sədr müavinləri seçilmişdir.