Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
13 Sentyabr , 2019
13 sentyabr 2019-cu il tarixində Neftçala rayonu İcra Hakimiyyətində fəaliyyətlərini uğurla başa vuran könüllülərlə görüş keçirilib. Görüşü giriş nitqi ilə açan Neftçala rayonu İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev könüllü gəncləri təbrik edərək  könüllüllük hərəkatının əhəmiyyətindən danışıb,  onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İsmayıl Vəliyev dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlandığını bildirib. Nitqində ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırıb. İsmayıl Vəliyev bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etməyin mümkün olmadığını bildirib.
Görüşdə iştirak edən könüllülər gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Görüşdə 10 sentyabr 2019-cu il tarixində Neftçala rayonu İcra Hakimiyyətində könüllü kimi fəaliyyətə başlamış və 2 ay müddətində  müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Rayon İcra Hakimiyyətinin sertifikatları təqdim edilib.