Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Tədbirlər
5 Sentyabr , 2019

05.09.2019–cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində müasir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti ilə seçilən görkəmli şair, dramaturq, nasir, publisist və dövlət xadimi Hidayət Orucovun anadan olmasının 75 illiyi ilə əlaqədar “Şair ömrü bir nəğmədir, ömür bitir nəğmə bitmir“ adlı  biblioqrafik icmal keçirildi. Tədbirdə görkəmli nasirin həyat və yaradıcılığı haqqında əraflı məlumat verən kitabxanaçı P.Möhnətova qeyd etdi ki, Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli-mənəvi dəyərlərimiz barədə, eyni zamanda tarixi keçmişimiz, türk xalqlarının deportasiyası və soyqırlarımına, yaşadığımız günlərin problemlərinə həsr olunmuş 200-dən çox məqalənin, publisist qeydlərin müəllifidir.  Sonda kitabxanaçı Hidayət Orucovun anadan olmasının 75 illiyi ilə əlaqədar təşkil edilən sərgidəki kitablar haqqında oxuculara məlumat verdi.

Foto Qalereya