Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
31 İyul , 2019
Neftçala rayonu İcra Hakimiyyəti cənab Prezident İlham Əliyevin 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş Respublika toplantısındakı çıxışında dövlət orqanlarının qarşısına qoyduğu vəzifələrə uyğun olaraq rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır. Rayon İcra Hakimiyyəti fəaliyyətlə bağlı qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə 08 may 2019-cu il tarixində ilk könüllülərini qəbul etmişdir. Rayon İcra Hakimiyyəti başçısının 07 mart 2019-cu il tarixli 23 nömrəli Sərəncamına əsasən könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər müsahibəyə cəlb edilmiş, müvafiq meyarlara cavab verən 6 gənc Rayon İcra Hakimiyyəti başçısının 29 mart 2019-cu il tarixli 45 nömrəli əmri ilə müəyyən edilmiş kvotaya əsasən Neftçala Rayonu İcra Hakimiyyətində fəaliyyətə başlamışdır. Könüllülər 2 ay müddətində Rayon İcra Hakimiyyətində real iş rejimində çalışmaqla öz bilik və bacarıqlarını artırmışlar. Fəaliyyətlərini uğurla başa vuran hər 6 gəncə Rayon İcra Hakimiyyəti tərəfindən Şəhadətnamə/Certificate təqdim edilmişdir. Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev fəaliyyətlərini uğurla başa vuran gəncləri şəxsən qəbul etmiş və onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulamışdır. İsmayıl Vəliyev Rayon İcra Hakimiyyətində fəalliyyətlərini başa vuran hər bir könüllü gəncə  Şəhadətnamə/Certificate təqdim etmişdir. Görüşdə iştirak edən Neftçala Rayonu İcra Hakimiyyəti başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, könüllü fəaliyyətinin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq səlahiyyəti verilmiş Gültəkin Sadıqova gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdır. Sonda xatirə şəkli çəkilmişdir.