Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
8 Avqust , 2019

08.08.2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayonda vətəndaşları qəbul edib. Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda vətəndaşlar rayonun Boyat kəndi ərazisində yerləşən tarixi əhəmiyyətli məzar daşlarının qorunması, görkəmli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin 115 illik yubileyinin keçirilməsinə köməklik göstərilməsi, Kukla teatrına Xalq kollektivi adının verilməsi, “Ailə”, “Kitab və kitabxana” layihələrinin keçirilməsi, “Kitabxanaçı günü”nün təsis olunması, rayon mərkəzindən kənarda yerləşən mədəniyyət müəssisələrinə musiqi alətlərinin verilməsi ilə bağlı müraciət ediblər. 
Qəbulda həmçinin Mərkəzi kitabxanada ALİSA - mərkəzləşdirilmiş elektron kitabxana sisteminin tətbiqi üçün fiber-optik internet xəttinin çəkilməsi, Mədəniyyət mərkəzində istilik si steminin quraşdırılması barədə müraciətlər də səsləndirilib.
Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qəbuldan sonra Mərkəzi Kitabxananın qonağı oldu.