Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Tədbirlər
6 Avqust , 2019

06.08.2019-cu il tarixdə Neftçala rayon Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsində akademik Rafael Hüseynovun anadan olmasının 65 illiyi ilə əlaqədar ədəbiyyat saatı keçirildi.Tədbirdə çıxış edən kitabxanaçı P.Möhnətova görkəmli ədəbiyyatşunas, tanınmış ictimai xadim, tərcüməçi, mətnşunas, akademik R.Hüseynovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi. O, çıxışında   Azərbaycanın tanınmış klassik şair və yazıçılarının bütün dünyaya tanıdılmasının humanitar elmlər sahəsinin qarşısında duran əsas vəzifələrdən olduğunu qeyd etdi. Kitabxanaçı yay məktəbinin  uşaqlarına akademik Hüseynovun ayrı-ayrı kitabları haqqında məumat verdi. Sonra görkəmli ədəbiyyatşunasın Dədə Qorqud haqqında söhbətinin videoçarxı göstərildi.

Foto Qalereya