Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
10 May , 2019

10 may 2019-cu il tarixində Neftçala  rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
  Tədbirdə Neftçala  rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri və digər qonaqlar iştirak edirdilər. İlk öncə Mərkəzin qarşısında Heydər Əliyevin  abidəsinin önünə  gül dəstələri düzüldü. Bayraq meydanında davam etdirilən tədbirdə Ulu Öndərin xatirəsinə həsr olunan müxtəlif musiqi nömrələri xüsusilə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. 

Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir. Ulu öndərimizin uzaqgörənliyi, müdrikliyi və fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə Vətənə xidmətin parlaq nümunəsinə çevrilib.