Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
9 May , 2019
09 may  2019-cu il tarixində Neftçala rayonunda  Böyük Vətən müharibəsində həlak olmuş neftçalalıların şərəfinə ucaldılmış abidənin önündə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə  Neftçala  rayonu İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
  Tədbirdə  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilmişdir.
Neftçala rayonu İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, veteranlar hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında abidə önünə əklil və gül dəstələri qoydular.
Sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.
Daha sonra Böyük Vətən Müharibəsi veteranları və veteranlarla bərabər tutulan arxa cəbhə iştirakçıları ilə görüş keçirildi, onların istək və arzuları dinlənildi.
Tədbirdə iştirak edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq,  göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.