Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
19 Mart , 2019
Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən Novruz bayramı Neftçalada  yüksək əhval-ruhiyyə ilə qeyd olunub. Bayram şənlikləri 19 mart 2019-cu il tarixdə Xanoğlan Məmmədov adına Neftçala rayon Mədəniyyət Mərkəzində  təşkil olunmuşdur.
İlk öncə tədbir iştirakçıları  Novruzun özünəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi özündə əks etdirən sərgilərlə tanış olublar. Sərgilərdə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət və rəsm nümunələri  nümayiş etdirilib.Bayram tədbirində sərgilənən çoxəsrlik etnoqrafik maddi mədəniyyət nümunələri, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və digər əşyalar tədbir iştirakçılarının böyük marağına səbəb olub.Tədbirdə mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyunlar və folklor nümunələri nümayiş etdirilib,Tədbirdə Neftçala  Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev   bayram münasibətilə neftçalalıları təbrik edib, onlara xoş arzularını bildirmişdir.