Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
18 Aprel , 2019

18 aprel 2019-cu il tarixində Neftçala Rayonu İcra Hakimiyyəti tərəfindən Tədbirlər planına uyğun olaraq  “Könüllü fəaliyyətinə sən də qoşul” devizi  altında Heydər Əliyev Mərkəzində seminar görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər, həmçinin Neftçala Rayonu İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər iştirak etmişdir.Görüşü Rayon İcra Hakimiyyətinin könüllülərlə iş üzrə koordinatoru Əliheydər Qarayev giriş nitqi ilə açaraq seminar iştirakçılarına fəaliyyət barədə geniş məlumat vermişdir. Görüş diskussiya şəraitində keçmiş, seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin dövlət orqanlarının qarşısında qoyduğu  gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi hər bir seminar iştirakçısı tərəfindən yüksək qiymətləndirilmiş, ölkə Prezidentinə məmnunluq bildirilmişdir. Seminar iştirakçıları öz çıxışlarında Qüdrətli Azərbaycan, Ulu öndərin siyasi kursu, Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik, sosial iqtisadi inkişaf barədə geniş bəhs etmişlər.