Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
9 Aprel , 2019

Aprelin 9-u 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Azərbaycanın Milli qəhrəmanı mayor Samid İmanovun şəhidlik zirvəsinə ucalmasının üç ili tamam oldu. Bu münasibətlə Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin doğulub boya-başa çatdığı Neftçala rayonunun Həsənabad qəsəbəsində anım tədbiri keçirilmişdir.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə müdirləri , məktəb şagirdləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə qəhrəmanın təhsil aldığı Neftçala şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı kompozisiya nümayiş olunmuş, məktəbin hərbi rəhbəri Cavid Babayev çıxış etmişdir.

Azərbaycanın Milli Qəhrəmanın atası Gülağa İmanov çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirmiş Vətən uğrunda canından keçmiş bütün şəhidlərin ruhuna rəhmət diləmişdir.

Tədbirin sonunda şəhidin məzarı ziyarət edilərək gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.