Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
8 Aprel , 2019

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Neftçalada da bayram əhval-ruhiyyəsi ilə qarşılanıb.

Əlamətdar hadisə münasibətilə Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzi ərazisində və “Axmaz” gölü ətrafında 1000 ədəd ağac və bəzək kolu əkilib, park və xiyabanlarda və digər yaşıllıq massivlərində ağaclara qulluq edilib, mühafizə zolaqları çəkilib. Aksiyada gənclər və məktəblilər fəallıq nümayiş etdiriblər.

Həmçinin ötən axşam rayon mərkəzində və digər yaşayış məntəqələrində konsert və atəşfəşanlıqlar təşkil olunub.