Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Elanlar
19 Aprel , 2019

“Mədəni irsimizi yaşadaq. Əsrlərin yadigarı – Dədə Qorqud” boyları üzrə əl işləri və rəsm müsabiqəsi.

Əziz şagirdlər və sevimli oxucularımız, Neftçala rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Mədəni irsimizi yaşadaq: Əsrlərin yadigarı – Dədə Qorqud” boyları üzrə əl işləri və rəsm müsabiqəsi elan edir.

Müsabiqədə 12-16 yaş həddində olan yeniyetmələr iştirak edə bilər.

Müsabiqə 30 aprel 2019-cu ilədək davam edəcək.

Rəsm əsərləri və əl işləri Neftçala rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinə təqdim edilməlidir.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılacaq.

1.Kitabi – Dədə Qorqud boyları üzrə ən yaxşı rəsm işləri

2.Kitabi – Dədə Qorqud boyları üzrə ən yaxşı əl işləri (parça, taxta, gil, keramika və s)

Müsabiqənin qalibləri hər iki nominasiya üzrə I,II,III yer olmaqla F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında bu məlumatları da təqdim etməlidirlər:

·        Adı, soyadı, atasının adı və təvəllüdü.

·        Ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonu