Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
16 Oktyabr , 2018

16 oktyabr 2018-ci il tarixdə Neftçala rayonunda 2018-ci ilin  doqquz ayının  sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.Rayon İcra  Hakimiyyəti  2018-ci ilin 9 ayında   rayon ərazisində təmir, tikinti və abadlıq  işlərinin  görülməsini  diqqət  mərkəzində  saxlamış, həyata keçirilən  işlərin  keyfiyyətinə  xüsusi  önəm  vermişdir. 2018-ci ilin 9 ayında  rayon ərazisində  tikinti  işlərində  əsas  kapitala  yönəldilmiş investisiyanın ümumi həcmi   52 milyon 520 min  manat  təşkil  etmişdir.  O cümlədən,  tikinti  quraşdırma  işlərinin  həcmi  51 milyon 236 min  manat  yerinə  yetirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə  tikinti quraşdırma işləri  2,2% artmışdır.

Cari ilin 9 ayında Neftçala şəhərinin H.Əliyev prospekti və 20 yanvar küçələrində 33 ədəd yeni işıq dirəkləri quraşdırılmış , Bankə qəsəbəsində yerləşən S.Vurğun parkının təmiri həyata keçirilmiş, Neftçala şəhəri Z.Məcidov 18 və 20  ünvanlarında çoxmənzilli yaşayış binalarının  1072 m2 dam örtüyü yenisi ilə əvəzlənmişdir.