Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
14 Sentyabr , 2018

14 sentyabr 2018-ci il tarixdə Kənd Təsərrüfatı Naziri İnam Kərimov Neftçalada pambıq sahələrinə baş çəkmişdir.Nazir həmçinin Neftçala rayonunda tanınmış pambıqçı Əlibala Səlimovun pambıq sahəsi ilə tanış olub. Pambıqçı bu il 30 hektar sahədə pambıq əkdiyini, əkin zamanı yerli şəraitə uyğun toxumlardan istifadə olunduğunu deyib. Pambıq əkini zamanı digər tanınmış pambıqçıları yarışa çağırdığını xatırladan Əlibala Səlimov qeyd edib ki, bu il hər hektardan ən azı 50 sentner məhsul götürmək niyyətindədir. Nazir İnam Kərimov pambıq sahəsində çalışan kənd sakinləri ilə görüşüb, texnikanın yığıma hazırlıq prosesi ilə maraqlanıb, Pambıqçıları maraqlandıran sualları cavablandırıb.