Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
19 Mart , 2018

Martın 19-da Neftçaladakı Bulvar kompleksində Novruzun gəlişi münasibətilə ümumrayon şənliyi keçirilib.

Şənlikdə nümayiş olunan əl işləri, qədim el bayramının atributları, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb.

Ümumrayon şənliyində çıxış edən rayon İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev sakinləri təbrik edib və Novruzun tarixindən danışıb.

Meydanda bayram tonqalı qalandıqdan sonra Dədə Qorqud və Bahar qız da bayram şənliyinə qatılıb. Kosa və Keçəlin oyunları, bahara həsr olunan maraqlı konsert proqramı alqışlarla qarşılanıb.