Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
26 Fevral , 2018
Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Neftçalada həmişə ehtiramla yad olunur.
   Faciənin 26-cı ildönümü ilə əlaqədar fevralın 26-da şəhərin mərkəzində faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündə  anım mərasimi keçirilib.  Mərasim zamanı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər, hərbi hissələrin şəxsi heyəti abidə-kompleksi önünə gül-çiçək dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. 
     Sonra xatirə tədbiri Heydər Əliyev Mərkəzində davam etdirilib.
   Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində, ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr edilmiş dərslər, rayonun idarə, müəssisə və təşkilatlarında, qəsəbə və kəndlərdə anım mərasimləri, xatirə gecələri, rəsm və kitab sərgiləri təşkil edilərək soyqırım qurbanlarının xatirəsi ehtiramla yad olunub.