Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Tədbirlər
11 Yanvar , 2017
11.01.2016-cı il tarixində Mərkəzi Kitabxananın  “Uşaq”şöbəsində “ Çağdaş Azərbaycan Heydər Əliyevin əsəridir” adlı söhbət keçirildi. Tədbiri kitabxanaçı Ə.Nuriyeva açdı. O,1969-cu ilin iyul ayında xalqımızın tarixində mühüm bir hadisə baş verdiyini, Azərbaycanın rəhbərliyində yeni bir dəyişiklik olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. O zaman Azərbaycanda Dövlət Təhlükəsizliyi komitəsinin sədri  işləyən H.Əliyevin respublika rəhbərliyi təyin edilməsindən danışdı. Onun müdrik bir insan, möhkəm iradə və qətiyyət sahibi, əsl  vətənpərvər olduğunu həyat özü göstərdi. H.Əliyev müstəqil, yeni Azərbaycanın qurucusu idi. O, bu quruculuğa hələ 40-50 il bundan əvvəl başlamışdı. O,zaman H.Əliyev Dövlət Təhlükəzliyi komitəsində işləyirdi. Doğma Azərbaycanın tərəqqisi uğrunda gecəli-günduzlü  mübarizə aparırdı. Azərbaycan öz-özünü her şeylə təmin edə bilən, müstəqil yaşamağa qadir olan, elmin texnikanın yüksək inkişaf etmiş olduğu ölkəyə çevirmək onun ən böyuk arzusu idi. Bu arzusuna çatmaqdan ötrü yorulmadan çalışırdı. Bütün bunlar Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixindəki misilsiz xidmətləridir.
Foto Qalereya