Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
6 Fevral , 2015

2 Fevral Gənclər günü ilə əlaqədar olaraq Neftçala rayon Heydər Əliyev mərkəzində tədbir keçirilmişdir. Bayram tədbirində  Neftçala Rayon İcra nümayəndələri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, həmçinin rayon ərazisində yerləşən hərbi hissələrdə xidmət edən bir qrup əsgər və zabitlər iştirak  edirdi. Tədbirdə geniş nitq söyləyən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev əsası ulu öndər heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətini hazırki gənc nəslin qarşısında yeni-yeni üfüqlər açdığını diqqətə çatdırdı.