Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
26 Yanvar , 2015

26 yanvar 2015-ci il tarixində Neftçala Rayon Heydər Əliyev Mərkəzində Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin təşkilatçılığı və Azad Qarabağ Uğrunda Alyansın mənəvi dəstəyi ilə "BARMAQSIZ RƏSSAMIN TƏLƏBƏLƏRLƏ FƏRYADI" adlı xeyriyyə rəsm sərgisinin açılışı olmuşdur.İlk olaraq sərgini Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri Jalə Cəfərova açıq elan etdi.Alyansa daxil olan üç təşkilatın rəhbəri sərginin açılışında iştirak etmişdir.Onlardan Mina Qurbanlarına Dəstək İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov (Qarabağ veteranı),Vətən Uğrunda qəzetinin təsisçisi və baş redaktoru Rövşən Əhmədli (Qarabağ veteranı),Məşəl İctimai Birliyinin rəhbəri Alman Abbasov (Qarabağ döyüşçüsü və əlili) və Rəssamlar İttifaqının üzvü,həvəskar rəssam Şəmsəddin Böyükdüzlü çıxış etdilər.Sərgidə 20 gənc rəssamın 48 rəsm əsəri nümayiş olunmuşdur.İştirakçılar fəxri fərmanla təltif olundular.