Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
20 Noyabr , 2015

1993-cü ilin 28 mayı Neftçalanın tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının yaradılması haqqında tarixi qərar qəbul olunması unudulmazdır.Artıq Yeni Azərbaycan Partiyasının yaradılmasından 23, rayon təşkilatının yaradılmasından isə 22 il ötür. Bu illər ərzində rayon təşkilatı da durmadan inkişaf edərək möhkəmlənmiş, güclü siyasi qüvvəyə çevirilmişdir. İndi respublikamızın hər yerində olduğu kimi rayonumuzda da Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümü böyük sevinclə, qurur hissi ilə qeyd olunur. Bu münasibətlə rayonumuzda keçirilən tədbir də yaddaqalan oldu.Əvvəlcə partiya üzvləri və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gələrək buraya tər çiçəklər düzdülər, partiyanın yaradıcısına özlərinin dərin ehtiramlarını bildirdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.Dəyirmi masa ətrafında təşkil olunan tədbiri Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Anar Cəfərov açaraq ilk öncə siyasi həmkarlarını əlamətdar gün münasibətilə ürəkdən təbrik etdi, partiyanın keçdiyi yol, əldə olunan uğurlar barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbirdə iştirak edən YAP rayon təşkilatı qadınlar şurasının sədri Gültəkin xanım Sadıqova əminliklə vurğuladı ki, qadınlar bundan sonra da ulu öndər Heydər Əliyevin işıqlı ideyalarına sadıq qalacaq, partiyanın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəklər.