Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
5 Oktyabr , 2015

Neftçala rayonunun təhsil işçiləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Bayram tədbirində Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov çıxış edərək Neftçalanın 51 ümumtəhsil məktəbində 9 min 500-dən çox şagirdin təlim-tərbiyəsi ilə 1320 müəllimin məşğul olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dövlətin bu sahəyə qayğısı nəticəsində təhsildə mühüm keyfiyyət dəyişiklikləri baş verir. Builki məzunlardan 192 nəfərin ali məktəblərə qəbul olunması, 58 nəfərin 500, 15 nəfərin 600 baldan yuxarı nəticə göstərməsi bunun bariz nümunəsidir.Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova bayram münasibətilə müəllimləri təbrik edib. Bildirib ki, dövlətimizin başçısının tapşırığı ilə son illərdə rayonda 10 yeni məktəb binası inşa olunub, 4 məktəb binası əsaslı təmir edilib. Əsaslı təmir olunan 810 yerlik Aşağı Surra kənd orta məktəb binası üçün 10 əlavə sinif otağı da tikilib və bu il istifadəyə verilib.Tədbirdə çıxış edən müəllimlər təhsilə, elmə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonda qabaqcıl müəllimlərə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları verilib.