Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
6 May , 2015

4 may 2015-ci il tarixində birinci Avropa Oyunlarının məşəli Neftçala rayonuna gətirildi. Rayon sakinləri estafet iştirakçılarını böyük coşqu ilə qarşıladılar. Neftçala şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi oldu. Birinci Avropa Oyunlarının məşəlini Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi Ceyhun Mehdiyev qəbul etdi.Bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, “Neftçala” futbol klubunun məşqçiləri Mehman İbrahimov və Fəxrəddin Mürvətov Mirzə Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca 4 kilometrə yaxın yolu qət edərək məşəli növbə ilə daşıdılar.Mərasimdə “Bakı 2015”-in ulduz elçiləri, sevilən aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı sakinlərin bayram ovqatına xüsusi rəng qatdı.Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov məşəli Bayraq meydanına gətirərək səhnəyə qalxdı və çırağı yandırdı. Coğrafiya fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər saxlanılmaq üçün şəhərə hədiyyə edildi.Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.