Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
8 Yanvar , 2022

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov şair Soltan Abbası 89 yaşının tamam olması ilə əlaqədar olaraq ziyarət edib.Məlumat üçün bildiririk ki, şair Abbasov Soltan İsrafil oğlu 7 yanvar 1933-cü ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olub.  1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.1957-1960-cı illərdə Neftçala rayonunun Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Salyan rayonunun Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", “Tut ağacı”, “Yollar- ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərlərin müəllifir.Şair Soltan Abbas 1980-ci ildə “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə “Məmməd Araz” ali ədəbi mükafatına layiq görülüb.Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi adından uzun ömür və can sağlığı arzulayırıq.