Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
9 Dekabr , 2021
Neftçala rayonunda Kənd Təsərrüfatı Nazirliyinin payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev, RİH-nin, Neftçala DAİM-in məsul şəxsləri və bələdiyyə sədrləri iştirak edib.
Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.
Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurduğunu bildirin RİH başçısı EKTİS-i bu üç prinsipi özündə birləşdirməklə aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir: “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklərini diqqətə çatdırıb. Neftçala rayonunda 37 min hektardan artıq sahədə payızlıq əkin aparılıb və 6 min nəfərə yaxın fermerə əkin subsidiyası ödənilir.
Çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rola sahibdir. 2020-ci ildən subsidiyaların ödənilməsi EKTİS-i vasitəsilə həyata keçirilir. Dövlətin payızlıq əkinlərə dəstək mexanizmindən yararlanmaq üçün fermerlər hansı məhsulu əkdiyini EKTİS-də vaxtında bəyan etməlidirlər.
Görüş qarşılıqlı müzakirələrlə davam etdirilib.