Neftçala rayon Mərkəzi kitabxanası

Neftçala rayon MKS
Xəbərlər
4 Dekabr , 2021
“Yaşıl ASAN” proqramının “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə 2014-cü ildən start verilib və layihəyə Neftçala rayonuda hər zaman öz dəstəyini göstərib. Bu il keçirilən layihə İmişli şəhərində təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “YAŞAT” Fondunun, İmişli Rayon İcra Hakimiyyətinin, “ASAN Könüllülük” Məktəbinin, Neftçala RİH və digər məsul şəxslər iştirak ediblər.
İlk öncə Şəhidlər Xiyabanı ziyarət olunub, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən qonaqlar 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, “YAŞAT” Fondunun  şəhid ailələrinə və qazilərə dəstəyindən, görülən digər işlər haqqında geniş məlumat verilib.
“Yaşıl ASAN” proqramının “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində reallaşdırılan “Yaşıl Dağ” sosial aksiyasına start verilib. Aksiyanın məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Bu çərçivədə kağız tullantılarının müqabilində əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların vəm qazilərin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna ianə ediləcək.